"Fənərbağça" yarımmüdafiəçi Mixa Zaytsını icarəyə verib.
Fanat.Az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.
Xəbərə görə, sloveniyalı futbolçu karyerasını İtaliya "Cenoa"sında davam etdirəcək.
Anlaşmaya əsasən, 26 yaşlı oyunçu klubda 30 matçda meydana çıxsa, İtaliya təmsilçisi onu heyətinə qatmalı olacaq və qarşı tərəfə bunun üçün 3.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2019-cu ildə "Fənərbağça"ya keçən Mixa Zaytsın klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol