"Vest Bromviç” heyətinə yeni oyunçu qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi bu yay Rusiya çempionu "Zenit”lə yolları ayıran Branislav İvanoviçi rənglərinə bağlayıb.
36 yaşlı serb 1 illik anlaşmaya imza atıb. Serbiya yığmasının sabiq üzvü "Vest Bromviç”də 20 nömrəli formanı geyinəcək.
Fanat.Az