"Yuventus”dan ayrılan Qonsalo İquaynın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, argentinalı hücumçu gözlənildiyi kimi ABŞ-ın "İnter Mayami” klubuna transfer olunub.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı argentinalı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
İquayn dünən "Yuventus"la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.
Qeyd edək ki, veteran ulduzun - Devid Bekhemin sahibi olduğu "İnter Mayami” bu mövsüm ilk dəfə MLS-də mübarizə aparır.
Fanat.Az