Ukrayna Premyer Liqasında III turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” doğma meydanda "Vorskla” ilə qarşılaşıb.
Paşayevin 90 dəqiqə mübarizə apardığı görüşdə "Aleksandriya” 0:2 hesabı ilə məğlub olub.
Millimizin müdafiəçisi 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, "Aleksandriya” 3 turdan sonra 3 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az