"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan "Legiya” Polşa Ekstraklasasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi doğma meydanda "Qurnik”lə qarşılaşıb.
Ağdam klubunun rəqibi bu görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, "Legiya” Polşa Ekstraklasasında 4 turdan sonra 6 xalla 6-cı sıradadır.
Xatırladaq ki, "Qarabağ” Avropa Liqasının pley-off mərhələsində "Legiya” (Polşa) – "Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
Fanat.Az