Niderland millisinə yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Nəşrin xəbərinə görə, komanda Frank de Bura tapşırılacaq. 50 yaşlı mütəxəssislə 2022-ci ilə qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, Niderland millisində baş məşqçi postu Ronald Kumanın İspaniya "Barselona"sına keçidindən sonra boş qalıb.
Xatırladaq ki, Frank de Bur son olaraq ABŞ-ın "Atlanta Yunayted" klubunda işləyib.
Fanat.Az