"Barselona” rəsmi saytı vasitəsi ilə 18 yaşlı hücumçusu Ansu Fatinin əsas komandanın futbolçusuna çevrildiyini açıqlayıb.
Fanat.Az xəbər verri ki, Fati daha öncə İtaliya "İnter"inə keçən Arturo Vidalın geyindiyi "22” nömrəli formada top qovacaq.
Kataloniya klubu gənc hücumçuya 400 milyon avro qiymət qoyub. Qvineya əsilli ispaniyalı forvardın əvvəlki qiyməti 170 milyon avro idi.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Ansu Fati əsas komandada ötən ilin avqustunda debüt edib. O, 2019/2020 mövsümündə komandanın heyətində 24 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə verib. Forvardın klubuyla olan müqaviləsinin müddəti 2022-ci ilə qədərdi.
Fanat.Az