"Bakı"nın sabiq futbolçusu Silvinyo Juan de Karvalyo karyerasını bərpa edib.
Fanat.Az xəbər verir ki, veteran hücumçu 39 yaşında futbola qayıdıb. Jaba ləqəbli forvard Braziliyanın D Seriyasında çıış edən "AE Altos" klubunun heyətində "San Raymundo" ilə matçda meydana çıxıb.
Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. görüşdəki yeganə qolu 87-ci dəqiqədə Emerson Karvalyo vurub.
Qeyd edək ki, Jaba 2009-2012-ci illərdə və 2014/15 mövsümündə "Bakı"da çıxış edib. O, 2009/10 mövsümündə Azərbaycan Kubokunu qazanıb.
Fanat.Az