İtaliyanın "Napoli" klubu "Çelsi"yə rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə "Twitter"də jurnalist Fabritsio Romano informasiya yayıb.
İnsayderin məlumatına görə, neapollular London təmsilçisinin yarımmüdafiəçisi Tyemue Bakayokonu icarəyə götürmək istəyir. "Napoli" oyunçunun xidmətindən 2020/21 mövsümündə icarə əsasında yararlanmaq və sonradan onun transfer hüquqlarına yiyələnməmək niyyətindədi. Mənbə bu şərtin londonluları qane etdiyini açıqlayıb və tərəflərin qısa zamanda razılığa gəlmək ehtimalının yüksək olduğunu bildirib.
Bakayoko "Çelsi"yə 2017-ci ilin yayında "Monako"dan transfer olunub. "Zadəganlar" həmin vaxt bu transferə 44 milyon avro xərcləyib. Son iki mövsümü uyğun olaraq, "Milan" və "Monako"da keçirən Tyemuenin London klubu ilə olan müqviləsinin müddəti 2022-ci ilin yayında bitəcək.
Fant.Az