"Everton" "Norviç Siti"nin müdafiəçisi Ben Qodfrini heyətinə qatıb.
Fanat.Az Liverpul klubunun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 5 illik müqaviləyə imza atıb.
"Everton"un saytında oyunçunun hansı məbləğ qarşılığında transfer edildiyi açıqlanmasa da, "Sky Sports" liverpulluların bu keçidə görə 22 milyon avro xərclədiyini bildirib.
Qeyd edək ki, Qodfri ilə iki məşhur İtaliya təmsilçisi - "Milan" və "Napoli" də maraqlanırdı.
Fanat.Az