Belarusun 1-ci liqasında çıxış edən "Slonim-2017" klubunun avtobusu qəzaya düşüb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, içində "Qranit"lə oyundan qayıdan komandanın olduğu nəqliyyat vasitəsi yola qəfil çıxan sığırı vurub.
Vəhşi heyvan ölsə də, komanda üzvləri sürücünün ustalığı sayəsində xəsarət almayıblar.
Fanat.Az