"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Makkabi”də (Təl-Əviv) koronavirusa yoluxma aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komandanın bütün futbolçuları koronavirus testindən keçib və nəticə neqativ olub.
Lakin klubun əməkdaşlarından birində virus aşkarlanıb və dərhal karantinə alınıb.
Qeyd edək ki, "Qarabağ” 22 oktyabr Avropa Liqasının qrup mərhələsinin ilk matçında səfərdə "Makkabi” ilə qarşılaşacaq. Komandalar arasında ikinci görüş 3 dekabr Bakıda keçiriləcək.
Fanat.Az