Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan Türkiyənin "Sivasspor” klubu yeni transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi sonuncu dəfə İspaniyanın "Deportivo” klubunda çıxış etmiş Əmrə Çolakla anlaşıb.
Azad agent statusu daşıyan 29 yaşlı yarımmüdafiəçi artıq Sivasdadır. Klub gün ərzində yeni transferini təqdim edəcək.
Qeyd edək ki, Avropa Liqasının İ qrupunda "Sivasspor”un rəqibləri "Qarabağ”la yanaşı, "Vilyarreal” (İspaniya) və "Makkabi” (Təl-Əviv, İsrail) olacaq. Azərbaycanla Türkiyə təmsilçiləri III (5 noyabr) və IV turda (26 noyabr) üz-üzə gələcək.
Fanat.Az