Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olan Mario Götze karyerasını Niderlandda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Dortmund "Borussiya”sı ilə müqaviləsi bu yay başa çatan yarımmüdafiəçi PSV ilə anlaşıb. 28 yaşlı futbolçunun yeni klubu ilə anlaşması 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
O, Eyndhoven təmsilçisinə azad agent kimi keçib.
Fanat.Az