İtaliyanın Moldova millisini 6:0 hesabıyla darmadağın etməsi qalib tərəfin baş məşqçisi Roberto Mançini üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı rekord müəyyənləşdirib.
Belə ki, "skuadra adzurra" Mançininin rəhbərliyi altında keçirdiyi oyunların 68 faizində qələbə qazanıb. Bu göstəricidə yığmanı 20-dən artıq matça çıxaran bütün həmkarlarını qabaqlayan Mançini siyahıda şəriksiz liderdi.
Qeyd edək ki, sözügedən çalışdırıcının 22 görüşə çıxardığı İtaliya yığması bu matçlarda 15 qələbə, 5 heç-heçə, 2 yenilgi ilə yadda qalıb.
Fanat.Az