Madrid "Real"ının və İspaniya millisinin müdafiəçisi Serxio Ramos Portuqaliya ilə yoxlama görüşündə (0:0) meydana sonradan çıxaraq rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, o, meydanda olduğu dəqiqələrin sayını 13 336-ya çatdıraraq yığmanın sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib.
Ramosun ümumi oyun sayında da rəqib tanımadığını xatırladaq. Onun hesabında 173 milli matç var. Müqayisə üçün Kasilyasın 167 görüşdə yığmanın formasını geyindiyini də bildirək.
Fanat.Az