"İnter Mayami"nin yeni hücumçusu Qonsalo İquain MLS-də qol hesabını açıb.
Fanat.Az xəbər verir ki, tanınmış hücumçu "Nyu-York Red Bulls"la matçda (2:1) komandasının qələbə qoluna imza atıb.
Ulduz futbolçu cərimə zərbəsindən inamla faydalanıb. İquaynın "Real", "Çelsi", "Milan", Yuventus" və "Napoli" kimi klubların formasıyla Avropa arenalarında keçidriyi 428 matçın heç birində cərimə zərbəsindən qol vurmadığını da bildirək.
O, daha öncə "İnter Mayami" formasıyla 2 çempionat görüşünə çıxmışdı. Argentinalı forvard debüt oyununda penaltini vura bilməmişdisə, digər qarşılaşmada qol ötürməsi vermişdi.
Qeyd edək ki, MLS klubuyla olan müqaviləsinin müddəti 2022-ci ilin dekabrında bitəcək Qonsalo hər mövsümdə 8,9 milyon dollara oynayacaq.
Fanat.Az