"Barselona"ya keçməyə yaxın idim. Dərinliyə getməyəcəm, amma deyim ki, transferimin baş tutmamasının müəyyən səbəbləri var".
Fanat.Az "Voetbal International"a istinadən xəbər verir ki, bunu Fransanın "Lion" klubunun və Niderland millisinin hücumçusu Memfis Depay deyib.
Ön xətt oyunçusu "Barsa"nın ona olan marağını itirməyəcəyinə ümid edir:
"Həyat davam edir. İndi ən vacib olan yüksək motivasiyadı. Bütün diqqətimi "Lion"a yönəltməliyəm. Ümid edirəm ki, öz işimi görməyə davam etdiyim müddətdə "Barsa"nın mənə olan marağı itməyəcək".
Xatırladaq ki, Kataloniya klubu Usman Dembeleni "Mançester Yunayted"ə sata bilmədiyi üçün Depayı almaqdan son anda vaz keçmişdi.
Fanat.Az