"Mançester Yunayted"in forvardı Edinson Kavani sabiq klubu PSJ-dəki komanda yoldaşıyla - braziliyalı ulduz Neymarla münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, uruqvaylı forvard belə açıqlama verib:
"Neymar yaxşı oğlandı. Düzdü, onunla bəzən fikirlərimiz üst-üstə düşməyib. Ancaq bizim bir-birimizdən zəhləmiz getməsi barədə deyilənlər həqiqəti əks etdirmir".
Kavani cəmi bir dəfə ciddi mübahisə etdiklərini söyləyib: "Lion"la oyundan sonra nə baş verdiyini hamı bilir. Yenidən danışmağa ehtiyac görmürəm. Yəni yalnız bir dəfə vəziyyət kritik həddə çatıb. Oyun zamanı bir-birimizə qıcıqlandırıcı sözlər dedik və paltardəyişmə otağında sərt şəkildə mübahisə etdik. Məncə, oynadığın komandada hamıyla dost olmaq, birlikdə şam yeməyinə getmək mümkün deyil. Əsas olan ümumi hədəflər naminə meydanda dostluq etməyi bacarmaqdı".
Fanat.Az