Xəbər verdiyimiz kimi, Portuqaliya yığmasının və "Yuventus"un futbolçusu Kriştianu Ronaldo koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduzun komanda yoldaşı Corco Kyellini Ronaldonun səhhəti ilə bağlı məlumat yayıb.
AS-a danışan Kyellini hücumçunun özünü yaxşı hiss etdiyini deyib: "Ronaldo yaxşıdır, sakitdir, günəş vannası qəbul edir. Sağaldıqdan sonra geri dönəcək".
Qeyd edək ki, Ronaldo koronavirus səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib.
Fanat.Az