İtaliya millisinin üzvü Stefan El Şaaravi koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Roberto Mançini yerli mətbuata açıqlama verib. O, koronavirus testi müsbət çıxan El Şaaravinin özünü yaxşı hiss etdiyini bildirib. 27 yaşlı futbolçu yığmanın düşərgəsindən ayrılmaq məcburiyyətində qalıb.
İtaliya UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Niderlandla üz-üzə gələcək.
Fanat.Az