"Qalatasaray”ın ulduzu Radamel Falkao qış fasiləsində komandanı tərk edə bilər.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı hücumçu karyerası ABŞ-da davam etdirməyə yaxındı. Məlumata görə, "İnter Mayami” Falkao ilə danışıqlara başlayıb.
34 yaşlı forvardın cari mövsümdəki çıxışından məmnun qalmayan "Cim-Bom” da bu transferin əleyhinə deyil. Mövsümlərarası fasilədə koronavirus pandemiyası və həyat yoldaşının hamilə olması səbəbindən "İnter Mayami”yə "yox” cavabını verən Falkao amerikalıların növbəti təklifini dəyərləndirməyə başlayıb.
Yüksək məbləğdə maaşını və transferdən qazanılacaq məbləği nəzərə alan İstanbul təmsilçisi əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu ABŞ klubundan rəsmi təklif gözləyir.