Dünən UEFA Millətlər Liqasında səfərdə Xorvatiyanı 2:1 hesabıyla yenən Fransanın yarımmüdafiəçisi Eduardo Kamavinja tarixi göstəriciyə imza atıb.
Fanat.Az xəbər verir ki, "Renn"in 17 yaşlı futbolçusu 63-cü dəqiqədə meydana çıxaraq 110 il öncəki nəticəni təkrarlayıb.
Belə ki, o, yaşı 18 olmamış yığmada 3-cü matçına çıxıb. Daha öncə bunu Fransa millisində 1910-cu ildə Deniel Mersye bacarmışdı.
Fanat.Az