Ötən mövsüm İtaliyanın "Breşia" klubundan ayrılan Mario Balotelli yeni təklif alıb.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, 30 yaşlı forvarda Fransanın elita təmsilçisi "Nant" təklif göndərib.
Liqa 1-in ilk 6 turunda 5 xal toplayan və turnir cədvəlində 16-cı pillədə qərarlaşan klubun idarəçiləri hücumdakı problemləri Balotellinin aradan qaldıracağına inanırlar. Azad agent statusu daşıyan Mario isə qarşı tərəfə cavab verməyə tələsmir.
Fanat.Az