Türkiyənin "Hatayspor” klubunun daha 3 futbolçusu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Adları açıqlanmayan futbolçular dərhal karantinə alınıb.
Bununla Super Liqa klubunda koronavirusa yoluxan futbolçu sayı 6-ya yüksəlib.
Qeyd edək ki, "Hatayspor” Super Liqanın V turunda oktyabrın 18-də "Ərzurum BB” ilə qarşılaşacaq.
Fanat.Az