"Real"ın və Belçika millisinin qapıçısı Tibo Kurtua iki superulduzu - Kriştianu Ronaldu və Lionel Messini müqayisə edib.
Fanat.Az "Cadena Ser"ə istinadən xəbər verir ki, qoliper belə danışıb:
"Məncə, onların ikisi də başqa dünyadandı. Kriştianu böyük atletdi. Gücü, sürəti, mövqe seçimi, qol duyumu çox güclüdü. Messi isə bir qədər daha istedadlıdı. Leo 2 kvadratmetrlik ərazidə 4 müdafiəçidən sıyrıla bilən futbolçudu. Hansının daha yaxşı olduğunu deyə bilmərəm. Hər iksinə qarşı oynadığım üçün qürur duyuram. Təbii, ikisi də mənə qol vurub".
Fanat.Az