"Barselona” daha bir ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni transferi Miralem Pyaniç Bosniya və Herseqovina yığmasının düşərgəsində zədələnib.
O, ötən gecə UEFA Millətlər Liqasında Polşa ilə səfər oyununda (0:3) sıradan çıxıb. Futbolçu belindən ağır zədə alıb. Oyunu davam etdirə bilməyən yarımmüdafiəçi 33-cü dəqiqədə əvəzlənib.