"Real”ın zədəli yarımmüdafiəçisi Eden Hazardın durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Belçika millisinin kapitanı La Liqanın VII turunda "Barselona” ilə görüşü buraxacaq. Onun ən azı iki həftə meydana çıxmayacağı bildirilib.
Baş məşqçi Zinəddin Zidan oyunçunun gələcəkdə yenidən zədələnməməsi üçün onun sağalma prosesinin sürətləndirilməməsini istəyib.
Qeyd edək ki, "Barselona” – "Real” görüşü oktyabrın 24-də "Nou Kamp” stadionunda keçiriləcək.