"Mario Mancukiçi transfer edilməsini şəxsən istəyirdim. Düzgün futbol mentalitetinə malik, yetərincə tanınmış, usta oyunçudu".
Fanat.Az xəbər verir ki, bunu "Nobel" YouTube kanalına açıqlamasında Moskva "Lokomotiv"inin baş məşqçisi Marko Nikoliç deyib.
Mütəxəssis fikrini belə əsaslandırıb: "Vedran Çorlukanın ötən mövsümü necə keçirdiyini yada salın. Mancukiçin də bizə çox köməyi dəyərdi. Gənclər ondan çox şey öyrənə bilərdi. Yaş amilini qabartmağa belə dəyməz. Bir-iki il oynasaydı, gənclərimiz də çox "artırardı. Hə, təəssüf ki, müqavilə məsələsində razılığa gələ bilmədik. Xırdalıqları bilirəm. Məsələn, avronun kursunun dəyişməsinin də təsiri oldu. Ancaq indi bu haqda danışmaq istəmirəm".
Fanat.Az