"Real”ın futbolçusu Marselo karyerasını Şimali Amerikada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, braziliyalı müdafiəçi MLS-də oynamaq niyyətindədi. 32 yaşlı futbolçu müqaviləsinin başa çatmasını gözləmək fikrində deyil. O, artıq bu qış komandasını dəyişməyi planlaşdırır.
Qeyd edək ki, cari mövsüm La Liqada 2 oyun keçirən Marselonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.