"Tottenhem"in mövsümə əla başlayan forvardı Harri Keyn parlaq çıxışını sürdürür.
Fanat.Az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 5-ci turunun dünən baş tutan oyununda adından söz etdirib.
Belə ki, 27 yaşlı hücumçu "Vest Hem"lə matçın ilk 16 dəqiqəsində məhsuldar ötürmə və 2 qolla yadda qalıb. Komandası sonradan 3 top buraxaraq heç-heçə ilə kifayətlənsə də, Harri rekord yeniləyib. Hotspur klubunun forvardı Tyerri Anri və Ueyn Runini geridə qoyub. Keyn buna İPL-in ilk 5 turunda 12 məhsuldar göstəriciyə (5 qol və 7 məhsuldar ötürmə) imza atmaqla nail olub.
2004/05 mövsümündə "Arsenal"ın sabiq forvardı Anri ilk 5 turda 11 məhsuldar göstərici ilə diqqət çəkmişdisə, 2011/12 mövsümündə "Mançester Yunayted" formasıyla Runi fransalı hücumçunun nəticəsini təkrarlamışdı.
Fanat.Az