PSJ-nin və Fransa millisinin forvardı Kilian Mbappe onu heyətinə qatmaq istəyən klubları son qərarı ilə yenidən hərəkətə gətirib.
Fanat.Az "Le Parisen"ə istinadən xəbər verir ki, parislilərlə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatacaq oyunçu yeni anlaşma təklifinə cavab verməyib. 21 yaşlı forvard uzunmüddətli müqaviləyə imza atmamaq niyyətindədi.
Bu, hücumçunun komandasını dəyişmək barədə yeni, daha sərfəli çağırış aldığını söyləməyə əsas verir.
Mbappe PSJ-yə 2017-ci ilin yayında "Monako"dan keçib.
Fanat.Az