"Barselona" 4 futbolçusu ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatına görə, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdu.
Pike ilə sözləşmə 30 iyun 2024-cü ilədək uzadılıb. Ter Ştegenlə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub. Hər iki oyunçunun təzminat haqqı 500 milyon avrodu.
De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək nəzərdə tutulub. Onları almaq istəyən klub isə müvafiq olaraq, 400 milyon avro və 300 milyon avro ödəməlidi.