"Barselona"nın futbolçusu Ansu Fati İspaniyada bir jurnalistin irqçi ifadəsinə məruz qalıb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Ferentsvaroş"a 5:1 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə yadda qalan 17 yaşlı hücumçu ilə bağlı ABC qəzetində görüşü şərh edən jurnalist Salvador Sostres bu sözləri yazıb:
"Ansu bir ceyran kimi qaçır. Qrasia küçəsində polisdən qaçarkən su satdığını söyləyən qara uşaqlar kimi qaçır".
"Mundo Deportivo" "Barselona"nın buna görə ABC nəşrini və jurnalisti məhkəməyə verəcəyini yazıb.
Fanat.Az