Madrid "Real"ının rəhbərliyi Zinəddin Zidanla əməkdaşlığa son qoymaq istəyir.
Fanat.Az xəbər verir ki, bu iddia ilə AS qəzeti çıxış edib.
Zidanın paytaxt klubun dakı gələcəyini İspaniya çempionatında "Barselona", Çempionlar Liqasında Mönhenqladbax "Borussiya”sı ilə görüşlər həll edəcək.
"Kral Klubu” "Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino və "Real”ın ehtiyat komandası "Kastilio”nun çalışdırıcısı Raul Qonzalezin namizədliyini nəzərdən keçirir.
Xatırladaq ki, "Real" son iki matçda uduzub. Komanda La Liqada "Kadis"ə (0:1), Çempionlar Liqasında "Şaxtyor"a (2:3) yenilib.
Fanat.Az