"Bavariya"nın və Fransa yığmasının sabiq müdafiəçisi Biksant Lizarazyu "Barselona"nın hücumçusu Antuan Qrizmannı iş yerini dəyişməyə səsləyib.
Fanat.Az xəbər verir ki, "Telefoot" veteranın sözlərini belə çatdırıb:
"Qrizmann mükəmməldi. O, Fransa millisi üçün çox yaxşı oyunçudu. Amma "Barselona"da sözünü deyə bilmir. Ora Lionel Messi ilə oynamaq üçün keçsə də, meydanda aralarında hər hansı əlaqə yoxdur. Bir sözlə, Antuan özünü "Barsa"da tapa bilmir...
Bəzən qolundansa biləyini kəsməyi bacarmalısan. Alınmadığını anlayırsansa, getməlisən. Yarım il keçib. Durum doğrudan da kritikdir".
Bu mövsüm "Barselona" formasıyla 5 oyuna çıxan Qrizmann fərqlənə bilməyib.
Fanat.Az