"Liverpul"un kapitanı Cordan Henderson bir müddət öncə klubun formasıyla 100-cü qolunu vuran Məhəmməd Salah barədə danışıb.
Fanat.Az İngiltərə təmsilçisinin saytına istinadən xəbər verir ki, Henderson misirli ulduzun imza atdığı göstərici haqda belə deyib:
"Monun (Məhəmməd Salahın - red.) statistikasına baxanda adamın ağzı ayrıq qalır. Cəmi 159 oyuna 100 qol vurmaq real nəticədən çox, hansısa kompyüter oyunlarını xatırladır. Hə, bu reallıqdı. Mo komandaya inanılmaz dərəcədə fayda verir. Belə oyunçu ilə çiyin-çiyinə oynadığımız üçün bəxtimiz gətirib. Elə azarkeşlərimiz də Salahın oynadığı komandanı dəstəklədiklərindən məmnun qalmalıdılar".
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında 6 oyuna çıxan Salah 6 qolla yadda qalıb.
Fanat.Az