David Alaba növbəti dəfə "Bavariya" rəhbərliyinin yeni müqavilə təklifini geri çevirib.
Fanat.Az xəbər verir ki, bu haqda "Bild" qəzetinin tanınmış əməkdaşı Kristian Falk özünün "Twitter" hesabında yazıb.
Daha öncə 28 yaşlı oyunçunun "Yuventus"la razılığa gəldiyi barədə informasiyalar yayılmışdı.
Alaba 2011-ci ildən Münhen klubunun şərəfini qoruyur. Ötən müddət ərzində "Bavariya" formasıyla 393 oyuna çıxan cinah müdafiəçisi 31 qol, 49 məhsuldar ötürmə ilə yadda qalıb. 17 sarı vərəqə alan arxa xətt oyunçusu indiyədək meydandan qovulmayıb.
Fanat.Az