"Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniç Çempionlar Liqasının 2-ci turunda "Yuventus" üzərində qələbəni (2:0) şərh edib.
Fanat.Az xəbər verir ki, mövsümlərarası fasilədə 60 milyon avro qarşılığında Turin klubundan transfer olunan orta xətt oyunçusu belə danışıb:
"Turinə döndüyüm, dostlarımla görüşə bildiyim üçün şadam. Çətin rəqiblə qarşılaşdıq. Qələbə bizə xüsusi özünəinam verdi. "Barselona" meydanın hər yerində üstün idi və layiqli qələbə qazandı. Daha çox qol vura bilərdik. Ancaq bu nəticə də ürəyimizcədir".
Fanat.Az