İngiltərə millisinin sabiq yarımmüdafiəçisi, futbol üzrə dünya çempionu adı qazanmış Nobbi Staylz 79 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəbərə görə, veteran futbolçunun ölümünə xərcəng xəstəliyi səbəb göstərilib.
"Mançester Yunayted”in yetirməsi olan sabiq futbolçu "qırmızı şeytanlar"ın heyətində iki dəfə İngiltərə çempionu, 1966-cı ildə İngiltərə millisinin tərkibində dünya birincisi, 1968-ci ildə Avropa çemionatının bürünc mükafatçısı olub. 1989 - 1993-cü illərdə "Mançester Yunayted”in məşqçilər korpusunda çalışmış Staylz 2000-ci ildə Britaniyanın İmperiya Ordeninə layiq görülüb.
Fanat.Az