Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edən Dieqo Maradona xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb. 60 yaşlı mütəxəssisin səhhətininin təhlükə törətmədiyi və COVID-19 testinin mənfi nəticə verdiyi bildirilir.
Qeyd edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.