"Barselona" klubunda artan maddi çətinliklər və böyük maaşlar fonunda qapıçısı Mark-Andre ter Ştegeni satmağı nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərə görə, 28 yaşlı qolkiper Almaniyanın "Bavariya" klubunun maraq dairəsindədir.
Kataloniya klubu bu keçid üçün 80 milyon avro tələb edə bilər.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da oynayır.
Fanat.Az