Avropa Liqasının qrup mərhələsinin III turunda "Milan" öz meydanın "Lill”ə 0:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, bu mövsüm bütün turnirlərdə ilk yenilgisini yaşayan İtaliya təmsilçisinin 24 oyunluq uğurlu seriyası qırılıb.
Axırıncı dəfə martın 8-də meydanı xalsız tərk edən "qırmızı-qaralar" son 24 ilin ən uzun seriyasına imza atıb.
Qeyd edək ki, "Milan” Avropa Liqasının H qrupunda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb