Fransalı forvard Markus Türam Mönhenqladbax "Borussiya"sının heyətindəki oyunu ilə böyük klubların transfer siyahısına düşüb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunu heyətinə qatmaq istəyənlər arasında "Real", "Barselona", "Liverpul", "Mançester Siti" və "Yuventus" da var. Hazırda sözügedən klublar "Borussiya" ilə danışıqlar aparır.
Qeyd edək ki, Lilian Türamın oğlu olan Markus 2020-ci ilin yayına qədər "Genqam"da çıxış edib. Bu mövsüm "Borussiya" forması ilə 10 matça çıxan hücumçu 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az