Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti məhkəmə prosesi keçirilib.
Fanat.Az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.
Xəbərə görə, bu dəfə 23 nəfər barəsində hökm oxunub.
Aralarında "Fənərbağça"nın sabiq prezidenti Əziz Yıldırım və "Sivasspor"un rəhbəri Mecnun Otyakmaz olan 31 şübhəli ilə bağlı qərarlar açıqlanır.
Qeyd edək ki, danışılmış oyunlarda şübhəli bilinənlər arasında Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan da var.
Fanat.Az