"Real"ın gənc vingeri Vinisius Juniorun agenti Lukas Mineyro müştərisinin Madrid klubuna necə gəldiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, Cənubi Amerikanın U-17 çempionatından sonra parlayan Vinisiusun qərar verdiyi andan danışıb:
"Beş təklif almışdıq. Əlbəttə ki, qərar vermək zamanı idi. Vinisiusa "WhatsApp"da "Real" və "Barselona" arasında seçim etməli olduğumuzu yazdım. Sadə və aydın cavab verdi: "Biz dünyanın ən yaxşı klubuna - "Real"a gedirik".
Fanat.Az