"Real"ın yaxın gələcək üçün maliyyə planları məlum olub.
Fanat.Az "Cadena SER"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi koronavirus pandemiyası üzündən radikal addımlar atacaq.
Belə ki, İspaniya nəhəngi maliyyə xərclərini 190 milyon avroya endirməkdə qərarlıdır. Paytaxt təmsilçisinin idarəçiləri öncə oyunçuların əməkhaqqılarını 15-20 faiz aşağı salmaq üçün fərdi danışıqlara başlayacaq. İlin sonuna qədər maaşların azaldılmasıyla əlaqədar məsələləri yoluna qoymağı hədəfləyən rəhbərlik ardından Serxio Ramosun yeni müqavilə məsələsinə baxacaq.
Fanat.Az