Türkiyənin I Liqasında çıxış edən "Adana Demirspor" komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Adana təmsilçisinin 24 futbolçusunun testi müsbət nəticə verib.
Bundan əlavə, texniki heyətin 2 üzvü və klubun 3 işçisində infeksiya aşkarlanıb.
Qeyd edək ki, "Adana Demirspor" noyabrın 8-də səfərdə "İstanbulspor"la qarşılaşmalıdır.
Fanat.Az