Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan İspaniya Primyerasının 9-cu turunda "Valensiya"dan aldıqları 1:4 hesablı darmadağını şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" (Marka) Əlcəzair əsilli fransalının söylədiklərini belə çatdırıb:
"Buraxıdığımız ilk qoldan sonra oyuna nəzarəti itirdik. Bəraətim yoxdur və təbii ki, ola da bilməz. "Valensiya"nın taktiki cəhətdən daha yaxşı göründüyünü düşünmürəm. Günahkar mənəm. Çünki vəziyyətdən çıxış yolu tapmalıydım".
Qeyd edək ki, bu qələbə sayəsində "yarasalar" xal hesabını 11-ə çatdıraraq 9-cu pilləyə yüksəlibsə, "Real" 16 xalla 4-cü pillədə mövqe tutub.
Fanat.Az