Dieqo Maradonanın fiziki hazırlıq üzrə sabiq məşqçisi Fernando Sinyorini əfsanəvi veteranın "Napoli"də oynadığı dönəmdə ona kokain təklif etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Escuela Deportea" onun sözərini belə çatdırıb:
"Dieqonun əlindən tutub ona "nə edirsən" sualını verdiyim dəqiq yadımdadı. Məni kokainin dadına baxmağa dəvət etdi. "Bilirsən, səni danışdıracaq. Bütün mövzularda söhbət etməyə həvəsin olacaq" dedi. Qəbul etmədim və bu mövzunu birdəfəlik unutmasını istədiyimi söylədim. Özümü xoşbəxt saydığımı və kokainsiz yaşamaq arzusunda olduğumu bildirdim".
Fanat.Az